Sumqayıt-Bakı qatarına yeni reyslər əlavə olunub - FOTO

7 Oktyabr 2022 16:14 (UTC+04:00)

Sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 10 oktyabr tarixindən Abşeron dairəvi dəmir yolu xəttinə yeni reyslər əlavə olunub.

SİA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, ADY Sumqayıt-Pirşağı-Bakı istiqamətində, Sumqayıt-Xırdalan-Bakı və Xırdalan-Bakı, eyni zamanda, əks istiqamətdə reyslərin sayını artırıb.

Dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib: