Vaxtı keçmiş məhsullar nə dərəcədə zərərlidir? - ARAŞDIRMA

7 Oktyabr 2022 12:29 (UTC+04:00)

Bütün istehsalçılar məhsulun istifadə müddətini müəyyənləşdirmək üçün fərqli metodlardan istifadə edirlər. Bu isə o deməkdir ki, istifadə müddəti eyni vaxtda qurtaran fərqli məhsulların dadı da fərqli cür dəyişə bilər.

ABŞ-ın Harvard Universiteti ilə Təbii resursların mühafizəsi şurasının birgə hazırladıqları hesabatda qeyd olunur ki, istehlakçılar adətən məhsulların üzərindəki istifadə müddəti haqda məlumatları düzgün anlamırlar. Çoxları bu məhsulları yararsız hesab edərək atırlar.

Əslində isə məhsulun istifadə müddəti məhsulun təhlükəsizliyinə deyil, təzəliyinə şamil edilir. Daha doğrusu, məhsulun nə qədər müddətdə təzə qaldığını göstərir. Həmin müddət məhsulun ən keyfiyyətli dövrü olur. Həmin müddət başa çatdıqdan sonra məhsulun dadında dəyişiklik ola bilər, ancaq onun təhlükəli olacağı anlamına gəlmir.

Cleveland klinikasının mütəxəssisləri isə hesab edirlər ki, südü hətta istifadə müddəti başa çatdıqdan bir neçə gün sonra da içmək olar. Yağ və yumurtanı isə hətta bir neçə həftə də istifadə etmək olar.

Bəzi Avropa ölkələrində xüsusi mağazalar var. Orada yararlılıq müddəti az qalmış məhsullar ora keçirilir və nisbətən ucuz satılır. Yararlılıq vaxtı keçmiş məhsullardan qaz və müxtəlif gübrələr alınır. Ancaq Azərbaycanda bu baş vermir.

Başqa ölkələrdə yararlılıq müddətinin bitməsinə az qalmış və görünüşü pozulan, ancaq keyfiyyətini itirməyən məhsulların satılması üçün xüsusi mağazalar var. Azərbaycanda isə, əksər hallarda məhsullar bir haldan digər hala keçirilərək, yenidən satışa qaytarılır. Əslində isə bu məhsullar istehlaka yararsız məhsullar hesab edilir.

Vaxtı keçmiş məhsulun istifadəsi nə ilə nəticələnə bilər?

Bilmək lazımdır ki, paketdə son istifadə tarixinin göstərilməsi orta və kifayət qədər ümumi anlayışdır. Vaxtı keçməmiş, lakin müəyyən səbəblərdən xarab olan məhsullar da təhlükəli ola bilər. Bu xüsusilə süd, ət məhsullarına, salat və sous kimi məhsullara aiddir.

Tez-tez saxlama və ya daşınma şəraitinin pozulması, qablaşdırmanın zədələnməsi məhsulun erkən xarab olmasına səbəb olur.

Buna görə də, məhsulun keyfiyyətini qiymətləndirərkən diqqət etməli olduğumuz bir çox məqamlar var.

Patogen bakteriyaların çoxaldığı və toksinlərin yığıldığı tez-tez xarab olan məhsullar zahiri olaraq normal, xoşxassəli məhsullardan heç bir şəkildə fərqlənmir. Belə hallarda problemi yalnız laboratoriya testləri müəyyən edə bilir.

Məhsullar uşaqların, yaşlıların, hamilə qadınların qidalanması üçün nəzərdə tutulubsa, bu xüsusilə vacibdir.

İstehsalçılar məhsulun ən yüksək keyfiyyətini və onun təhlükəsiz istifadəsini əks etdirən tövsiyə olunan son istifadə tarixlərini verirlər.

Məhsullar bir neçə ay dondurucuda saxlanılarsa, onlar dadını az da olsa itirə, daha quru ola bilər, ancaq sağlamlıq üçün təhlükəsizdir.

Vaxtı keçmiş məhsullar yay aylarında daha təhlükəli olur. Bu səbəbdən də tez-tez zəhərlənmə faktları aşkarlanır. Vaxtı keçmiş məhsullar arasında içkilər də az deyil. Yeyinti məhsulları haqqında və istehlakçıların hüquqlarının müdafiəsinin haqqında qanuna görə, bütün qida məhsullarının istehsal tarixi və son yararlılıq tarixi mütləq göstərilməlidir. Əks halda sahibkarı 1500 manatdan 5 min manata kimi cərimə gözləyir.

Pasterizə edilmiş məhsullar da infeksiyalara və zəhərlənmələrə səbəb olmur, çünki pasterizasiya zamanı bütün bakteriyalar ölür.

Havar Şəfiyeva