“Paşinyanın artıq bütün iqtisadi və siyasi manevır imkanları tükənib. Çünki Ermənistan hazırda regionda yaratdığı gərginlik mühitinin acısını çəkir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildiirb.

Politoloq qeyd edib ki, ölkədə demək olar iqtisadi xaosdan çıxış yolu yoxdur: “Nəinki, iqtidar komandası, müxalifətin özü də hansısa alternativ proqramlarla çıxış edə bilmir. Böyük miqrasiya böhranı yaşanır. Hər gün Ermənistanı tərk edən erməni vətəndaşlarının sayında kifayət qədər böyük artım var. Belə olan halda da Ermənistanın yeganə qurtuluş yolu yalnız və yalnız Azərbaycanla olan münasibətləri normallaşdırmaqdan ibarətdir. Lakin Paşinyan nə edəcəyini bilmir. Praqa görüşünün ardınca Rusiyada gerçəkləşəcək MDB başçılarının sammitində də hesab edirəm ki, Paşinyan çıxılmaz bir durumda olduğunun bəlli edəcək. Bu gün Paşinyanın Praqada üzgün görülməsinin əsas səbəbindən biri Ermənistanın demək olar ki, bütün diplomatik sahələrdə düçar olduğu məğlubiyyəti onun jestlərində və mimikalarında yansıması ilə nəticələnir. İstənilən halda Praqa bəyanatından sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi addımlar atılmalıdır. Artıq xarici işlər nazirləri səviyyəsində biz mütamadi görüşlərin şahidi olacayıq eyni zamanda gələn ay Brüsseldə cənab Prezidentlə Nikol Paşinyan arasında görüşün keçirilməsi gözlənilir. Ermənistan artıq Azərbaycanı qalib tərəf kimi sülhə məcbur edir. Ermənistan Azərbaycanın diqtə etdiyi şərtləri qəbul etməlidir çünki başqa çıxış yolu yoxdur”.