"YAŞAT" Fondunun tibb istiqaməti üzrə dəstəyi davam edir

7 Oktyabr 2022 11:14 (UTC+04:00)

"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Fondun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müharibə əlili Elşən Fərzəliyevin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.