Şəhərsalma formu Azərbaycan üçün nə kimi əhəmiyyət kəsb edir? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

7 Oktyabr 2022 11:10 (UTC+04:00)

“Şəhərsalma formu BMT çərçivəsində keçirilən ən böyük tədbirlərdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisaçı-ekspert qeyd edib ki form Azərbaycan üçün strateji əhəmiyyət daşıyır: “Çünki bu forum birinci Ağdamda daha sonra Bakıda təşkil olundu.Təbii ki, formun təşkil olunması və kifayət qədər beynəlxalq nümayəndələrin gəlməsi həm də məhz işğaldan azad olunmuş ərzailərdəki mövcud vəziyyətin tanış edilməsi baxımından vacib idi. Həmçinin bu form nəticəsində erməni vandalizminin torpaqlarımızda törətdikləri vəhşiliklərini bir daha bütün dünyaya göstərə bildik. Forum Azərbaycan həqiqətlərinin təqdim edilməsi ilə yanaşı şəhərsalmada təcrübələrin bölüşdürülməsi baxımından vacib idi. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə yeni metodlardan istifadə edəcək”.