Təcrübəli həndbol mütəxəssisi növbəti təyinatlar alıb

7 Oktyabr 2022 10:24 (UTC+04:00)

O, əvvəlcə qadınlardan ibarət klubların Avropa Həndbol Federasiyasının (EHF) Avropa Liqası kuboku uğrunda turnirinin ikinci təsnifat mərhələsində Türkiyənin “Yalıkavakspor” və Danimarkanın “Nükobinq Falster” komandalarının görüşündə AHF nümayəndəsi olacaq. AHF-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən qarşılaşma oktyabrın 9-da Türkiyənin Bodrum şəhərinin “Binnaz Karakaya” idman sarayında keçiriləcək.
Ardınca isə İsgəndər Əsgərov kişi həndbolçuların 2024-cü il Avropa çempionatının ikinci təsnifat mərhələsinin Türkiyə - Şimali Makedoniya matçına təyinat alıb. O, oktyabrın 16-da Van şəhərində keçiriləcək oyunda da AHF nümayəndəsi olacaq.
Qeyd edək ki, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyan İsgəndər Əsgərov, 2010-cu ildən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edir.