“Həkimlərimizi tanıyın” rubrikamızda

7 Oktyabr 2022 10:25 (UTC+04:00)

Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim ginekoloqu Nigar Məmmədovanı təqdim edirik

Dr.NİGAR MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında normal və patoloji hamiləliyin təqibi, sonsuzluğun konservativ müalicəsi, ginekoloji xəstəliklərin müalicəsini, HPV müayinəsi, kolposkopiya, riskli hamiləliklərin təqibini həyata keçirir. Həmçinin, Nigar həkim vahid və funksional tibb həkimi kimi fəaliyyət göstərir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nigar-mammadova/

Dr.Nigar Məmmədova 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2007-2008-ci illərdə Ş.Ələsgərova adına 5 saylı Doğum Evində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili almışdır. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ginekologiya ixtisası üzrə kurs keçmişdir. Əmək fəaliyyətinə 2010-2022-ci illərdə Azərbaycanın dövlət tibb müəssisəsində mama-ginekoloq kimi başlayıb. O, 2022-ci ilin iyun ayından etibarən Mərkəzi Gömrük Hospitalında çalışır.

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Nigar Məmmədova Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda iştirak edir. O, 2014-cü ildə Türkiyə-Almaniya Ginekoloji Təhsil və Araşdırma Fondunun təşkilatçılığı ilə keçirilən “X Türkiyə-Almaniya Ginekoloji konqresində, 2021-ci ildə Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Qadın hormonunda düzənsizlik və hormon yerinə qoyma müalicəsi” kursunda, həmin ildə Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Detoksifikasiya və neyro-koqnitiv problemlər” kursunda, 2022-ci ildə Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Tiroid, kişi hormonları və stresin idarəedilməsi” kursunda və Türkiyə Vahid Tibb məktəbinin təşkilatçılığı ilə “Tətbiqi vahid tibb məktəbi” proqramında iştirak edib.

Dr.Nigar Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.