ABŞ və Cənubi Koreya birgə təlimlərə başlayıb

7 Oktyabr 2022 07:16 (UTC+04:00)

ABŞ və Koreya Respublikası hərbçiləri ikigünlük birgə dəniz təlimlərinə başlayıblar. SİA-nın Yonhap agentliyinə istinadla xəbərinə görə, bu barədə Koreya Respublikası SQ Baş Qərargahı məlumat yayıb.

“Biz Şimali Koreyanın təxribatlarına cavab olaraq hərbi potensialımızı və döyüş qabiliyyətimizi yüksəltməyə davam edirik” – deyə məlumatda bildirilir.

Yapon dənizində keçirilən manevrlərdə müxtəlif tip hərbi gəmilər iştirak edir.