Hindistanda yanan heykəl insanların üzərinə aşıb - yaralılar var

7 Oktyabr 2022 05:33 (UTC+04:00)

Hindistanda festival şənliyi zamanı yandırılan heykəl izdihamın üzərinə aşıb. SİA xəbər verir ki, nəticədə çox sayda insan yaralanıb. Hadisə Hindistanın Yamuna Naqar şəhərində Ravan Dahan festivalı zamanı baş verib. Nəhəng heykəllərin yandırılması planlaşdırıldığı kimi alınmayıb. Heykəllərdən biri insanların üzərinə düşüb. Çaxnaşma yaşanıb. Yanan heykəl aşdıqdan sonra partlayışlar baş verib. Çox sayda insan yaralanıb. Ölənlərin olmadığı bildirilir.