Rusiyanın daha 2 PUA-sı vurulub

7 Oktyabr 2022 05:16 (UTC+04:00)

Gecə saatlarında Rusiyaya məxsus daha 2 PUA vurulub. SİA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Mərkəz Ordu Komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən axşamkı hesabatında Rusiyaya məxsus 5 dronun məhv edildiyini açıqlayıb. Mərkəz Ordu Komandanlığı isə 3 intiharçı dronun məhv edilməsi barədə məlumat yayıb.