54 yaşlı kişi sinəsindən bıçaqlanıb

7 Oktyabr 2022 03:14 (UTC+04:00)

Xaçmaz rayonunun Yalam kəndində bıçaqlanma baş verib. SİA-nın Şimal bürosunun xəbərinə görə, 1968-ci il təvəllüdlü Tarıquliyev Bəxtiyar Tarıquli oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarsı diaqnozu qoyulan yaralı əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.