ABŞ prezidenti Baydenin "marixuana" islahatı

7 Oktyabr 2022 02:11 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden marixuana islahatı adlandırdığı yeni plan çərçivəsində istifadə üçün marixuana saxlamaqda təqsirli bilinənlər üçün amnistiya elan etdiyini açıqlayıb. SİA xəbər verir ki, heç kimin sırf marixuanadan istifadə etdiyinə və ya saxladığına görə həbsə düşməməli olduğunu dəfələrlə ifadə etdiyini xatırladan Bayden, “İnsanları marixuana saxladıqlarına görə həbs etmək bir çox həyatı alt-üst etdi"-dedi.