"Qarabağ" aqressiv komandadır" - "Olimpiakos"un baş məşqçisi

7 Oktyabr 2022 02:04 (UTC+04:00)

"Matça çox yaxşı başladıq. Oyuna nəzarət etdik və rəqibin hücumları ilə qarşılaşdıq. Kifayət qədər yaxşı idik. İkinci hissədə isə səhvlərimiz oldu. Bu turnirdə səhvə yol verəndə cəzasını çəkirsən. Çünki "Qarabağ" aqressiv komandadır". SİA xəbər verir ki, bu sözləri "Olimpiakos"un baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Uduzanda mütləq nəyəsə peşman olursan. Əvəzetmələr yerində idi. Sadəcə, alınmadı. Hücum etməyə hazır vəziyyətdə topu itirdik və əks hücumda qol buraxdıq. Bundan sonra səhvlərimizi görməli, onları düzəltməyi öyrənməli və hansı kluba aid olduğumuzu bilməliyik" - deyə o bildirib.