Hollivud ulduzu yenidən səhnəyə qayıdır

7 Oktyabr 2022 00:04 (UTC+04:00)

ABŞ-da ölümlə nəticələnən qəza səbəbindən çəkilişləri dayandırılan “Rust” filminin istehsalı yenidən başlayacaq. SİA xəbər verir ki, aktyor Alek Bolduin çəkilişlər zamanı həlak olan operator Qalina Hatçinsin ailəsi ilə bu barədə razılığa gəlib. Belə ki, Bolduin də daxil olmaqla, filmin bir qrup əməkdaşı səhlənkarlığa görə məhkəməyə verilmişdi. Lakin tərəflər artıq razılığa gəliblər. Metyu Hatçins mərhum həyat yoldaşı Qalinanın ruhuna ehtiram əlaməti kimi filmin çəkilişlərində əvvəlki aktyor heyətinin iştirak edəcəyini bildirib. Qeyd edək ki, “Rust” filminin çəkilişi zamanı operator Qalina Hatçins təsadüfi güllə yarasından ölmüş, rejissor Coel Souza isə ağır yaralanmışdı.