Qazaxda bıçaqlanma hadisəsi baş verib

6 Oktyabr 2022 23:34 (UTC+04:00)

Qazaxda bıçaqlanma hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.

Orta yaşlı kişi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.