“Bu gün Rusiyada kilsələr də siyasiləşib...”

6 Oktyabr 2022 23:27 (UTC+04:00)

Qazaxıstanın qərbindəki Aktobe vilayəti ilə Rusiyanın Orenburq vilayəti arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri gücləndirilmiş iş rejimində işləyir. Sentyabrın 21-dən, Kreml səfərbərlik elan etdikdən sonra 23 minə yaxın rus Aktobe vilayətinə daxil olub. Aktobedən 100 kilometr aralıda yerləşən “Jaysan” keçidində uzun növbələr yaranıb. SİA xəbər verir ki, “Azadlıq” Radiosunun yerli müxbiri bir gün sərhəddə olub və orada baş verənləri öz gözləri ilə görüb.

“Jaysan” keçidində silahlı mühafizəçilər yerləşdirilib: təhlükəsizlik qüvvələri Rusiyada elan edilən səfərbərlikdən sonra sərhədi keçən insanların axınına nəzarət edir. Aktobedən Orenburqa problemsiz getmək hələ də mümkündür. Əks istiqamətdə - Orenburq vilayətindən Qazaxıstana gedən yol, əksinə, çox çətindir. İnsanlar günlərlə uzun növbələrdə dayanırlar.

Ruslar sərhədi piyada, maşın və ya avtobuslarda keçirlər. Gələnlərin çoxu depressiyaya düşmüş görünür, ətrafa narahatlıqla baxır və yad adamlarla söhbətə girməməyə çalışırlar. Saatlarla növbə gözləməkdən yorulub ağır bel çantalarını çətinliklə daşıyırlar.

Anna Mixaylova əri ilə Nijni Novqorod vilayətinin Knyaginino şəhərini tərk edib. Cütlük min kilometrdən çox Orenburqa şəxsi avtomobilləri ilə gedib. Cütlük sərhədi keçməyin bu uzun yoldan daha çətin olduğunu deyir. Mixaylovanın sözlərinə görə, Rusiya tərəfində avtomobillərin sırası ən azı 15 kilometr uzanıb.

Anna Mixaylova mühəndislər və iqtisadçılar hazırlayan universitetdə dərs deyirdi, əri Aleksey Mixaylov Rostelekomda mühəndis işləyirdi. Onlar “qismən” səfərbərlikdən qaçdıqlarını gizlətmirlər. İbtidai sinif şagirdləri olan Mixaylovların iki azyaşlı qızı Rusiyada nənə və babalarının yanında qalıblar.

...Yoldaşımın hərbi biletində “siqnalçı” olması ilə bağlı qeyd var. Biz Ukrayna ilə döyüşmək istəmirik. Biz öldürmək istəmirik. Biz “xüsusi əməliyyat”ın əleyhinəyik. Biz hələ o vaxt da Krımın alınmasının əleyhinə idik. Ancaq kiçik bir şəhərdə heç bir şey edilə bilməz. Kişilər özləri müharibəyə getməyə, oğullarını verməyə hazırdırlar. Təbliğat onların beyinlərini tamamilə yuyub. Nijni Novqorod vilayətindəki hərbi komissarlıqlar gecə komissarları göndərdilər, saat ikidə çağırış vərəqələri verdiirlər və səhər səkkizdə onları təlim düşərgəsinə aparlar.

Bunları Anna Mixaylova deyir.

Cütlük hansı şəhərdə yaşayacaqlarını bilmir. Mixaylovlar ailəsi bir neçə gün Aktobedə qalmağı planlaşdırır.

Ailənin gəldiyi köhnə “Jiquli”nin ön panelində kiçik pravoslav nişanları var. Anna deyir ki, son günlər o, anasının ona hər zaman öyrətdiyi duanı özünə təkrarlayır.

“…Mən çox dindar adam deyiləm. Bundan əlavə bu gün bizim kilsəmiz siyasiləşib. Hökumət kilsələrə də soxulur. Kiçik şəhərlərdə və çöllərdə, bəlkə də, kahinlər daha humanistdirlər, amma böyük şəhərlərdə onların ümumiyyətlə iman haqqında danışmadıqları aydındır” .

Bunları da Anna Mixaylova deyir.

“Azadlıq” Radiosu müxbirinin sözlərinə görə, Rusiyadan qaçanların bir çoxu o qədər də açıq danışmır. Belə ki, onlar jurnalistlərlə danışmaqdan çəkinirlər, danışmağa razı olsalar da, sözlərini çox diqqətlə seçirlər. Böyük əksəriyyət Ukraynada “referendum” və “qismən” səfərbərlik haqqında suallardan yayınırlar.

Arvadsız və uşaqsız gələn yaşlı kişilər vəziyyət yaxşılaşdıqdan sonra evə qayıdacaqlarına ümid etdiklərini deyirlər. Onlar Qazaxıstanın sərhəd şəhərlərində gözləmək və ya Almatı və Astanaya getmək istəyirlər.

Sankt-Peterburqdan olan, sərhəddə taksi gözləyən orta yaşlı Andrey özünü satqın hesab etmir. Bəzi yüksək rütbəli rus məmurları kişilərin xaricə kütləvi şəkildə getməsindən sonra bildiriblər ki, ölkə “xalqın yanında olmayan”lardan təmizlənir.

…Bəziləri qorxur ki, Rusiya səfərbərlikdən yayınanları axtarışa verərsə, Qazaxıstan hakimiyyəti ilk növbədə sərhəd bölgələrində məskunlaşanları geri qaytaracaq. Ona görə də sərhəddən mümkün qədər uzağa getmək istəyirlər.

Əri və uşaqları ilə birlikdə Moskvadan qaçan Yelena bir qədər fikirləşdikdən sonra Bişkekə getməyə qərar veriblər. Təkəri partlayan maşında onunla danışırıq. Yelenanın əri təkər dəyişdirir, o, altı yaşlı Matvey və dörd yaşlı Qordeyin yoldan bir qədər aralıda daşlarla necə oynadığını izləyir.

Yoldaşımla mən həm həkimik, həm də hərbi qulluqçuyuq. Əlimizi bir-birinə bağlasaydıq, əvvəlcə ərimi, sonra isə məni döyüşə göndərəcəkdilər. Uşaqlarımın yetim böyüməsini istəmirəm, ona görə də Rusiyanı tərk etməli olduq. Moskvada həkimlər çağırış vərəqələri almağa başlayıb. Kardioloq işləyən subay qadın iki qızını bacısına qoyub döyüşə… göndərilib. Necə oturub baxa bilərdin?- o soruşur.

...Aktobe vilayət administrasiyanın məlumatına görə, sentyabrın 22-dən sentyabrın 28-dək Orenburq vilayətindən bölgəyə 17728 kişi və 4867 qadın gəlib. Yerli hakimiyyət gələn uşaqların sayını göstərmir.

Ağasəf Babayev