Cəlilabadda yaşayış evi yanaraq külə döndü

6 Oktyabr 2022 23:35 (UTC+04:00)

Cəlilabad rayonunun Təzəkənd kəndində, Seymur Nuralıyevə məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev tamamilə yanıb.

Məlumata görə, yanğın zamanı evdə heç kim olmayıb.

Yanğının səbəbləri araşdırılır.