Frankfurt-Vyetnam reysi ilə uçan təyyarə təcili eniş edib

6 Oktyabr 2022 23:09 (UTC+04:00)

Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisi "Boeing B787" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.