İtaliyada Demokrat Partiyası liderini dəyişmək qərarına gəlib

6 Oktyabr 2022 22:41 (UTC+04:00)

İtaliyada keçirilən seçkilərdə ikinci olan Demokrat Partiyası liderlərini dəyişəcək. SİA xəbər verir ki, ümumi seçkilərdə yüzdə 26 ilə birinci olan ifrat sağçı İtaliya Qardaşları Partiyasından sonra 19 faiz səslə ikinci olan Demokrat Partiyasında seçkinin nəticələri müzakirə edilib. Partiyanın seçkilərdəki məğlubiyyətinə görə Letta, "Məndən uzun müddətə lider olmağımı istəyənlərə təşəkkür edirəm, lakin bu, sizin və partiyanız üçün səhv olardı" dedi.

Seçkidəki uğursuzluqlarını etiraf edən Letta gələcək nəsillərə yol verilməsinin lazım olduğunu və partiyanın ümumi qurultayına qədər bu yola rəhbərlik edəcəyini bildirib. Letta, mart ayından etibarən partiya idarəçiliyində mənalı bir seçimlə yeni bir dövrə başlamalı olduqlarını söylədi. Digər tərəfdən, seçkilərdə qalib gələn və baş nazir olma ehtimalı olan ifrat sağçı İtaliya Qardaşları Partiyasının lideri Giorgia Meloni ilə danışıqlar Matteo Salvininin rəhbərlik etdiyi Liqa Partiyası və Silvio Berluskoninin rəhbərlik etdiyi Forza İtaliya Partiyası ilə davam edir.

Qeyd edək ki, ölkədə sentyabrın 25-də keçiriləcək seçkilərdən sonra oktyabrın 13-də parlamentin aşağı palatası, Nümayəndələr Palatasında və Senatın yuxarı palatasında 19-cu qanunvericilik dövrünün ilk iclasları keçiriləcək. İlk iclaslarda Senat və Nümayəndələr Palatasının prezidentliyinə seçkilər keçiriləcək.