Məşhur rejissor dünyasını dəyişib

6 Oktyabr 2022 22:42 (UTC+04:00)

Belçika əsilli alman ssenaristi və rejissoru Volfqanq Kolxaze 92 yaşında dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun fəxri üzvü olduğu Almaniya Kino Akademiyası məlumat paylaşıb. Rejissorun ölüm səbəbi isə açıqlanmayıb.

Xatırladaq ki, V.Kolxaze “Atəşdən sonra sükut”, “Eyvanda yay”, “Ana, mən sağam”, “19 yaşım var idi”, “Sanni Solo”, “Fars dərsləri” kimi layihələr üzərində çalışıb. O, San Sebastian və Berlin film festivallarında mükafatlar qazanıb, həmçinin Avropa Film Akademiyası Mükafatına namizəd olub. 2010-cu ildə kinoya verdiyi töhfəyə görə isə Berlinaledən fəxri Qızıl Ayı alıb.