Ərdoğan Praqada Nikol Paşinyanla görüşüb

6 Oktyabr 2022 21:11 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, görüş Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində baş tutub.