"Azərbaycan Atıcılıq Federasiyası son 6 ay ərzində atıcılıqla məşğul olan idmançıların monitorinqini keçirib. Bu monitorinqlər Bakıda və digər şəhərlərdə təşkil olunub. Güllə və stend atıcılığı üzrə respublika miqyaslı yarışlarının keçirilməsi nəzərdə tutulub. Güllə atıcılığı üzrə Azərbaycan çempionatı, stend atıcılığı üzrə isə Azərbaycan kuboku artıq keçirilib". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Qurum rəsmisi qeyd edib ki, əlavə olaraq isə federasiya kuboku adlı 3 mərhələli yarışın keçirilməsi nəzərdə tutulub və yarışın 2 mərhələsi 6 ay ərzində keçirilib. Respublikada gənc və perspektivli idmançıların təcrübəsinin artırılması baxımından yarışların keçirilməsi nəzərdə tutulub. İlk 6 ay ərzində Bakıda mayın 27-dən iyunun 7-nə kimi Dünya Kuboku keçirilib. Burada 67 ölkədən təxmini olaraq 1000-ə yaxın idmançı iştirak edirdi və bu yarış təşkilatçılığı Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən çox yüksək qiymətləndirilmişdir və onun nəticəsi olaraq 2023-cü ildə ISSF Dünya Çempionatının keçiriməsi məhs Bakıya həvalə olundu. Qeyd edim ki, 2023-cü ildə Bakı şəhərində 2 böyük beynəlxalq turnirinin keçirilməsi nəzərdə tutulur, bunlardan 4-15 May tarixlərində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışıdır və 14 avqust - 3 sentyabr tarixlərdə atıcılığının bütün növləri üzrə Dünya Çempionatı yarışı olacaq. Bakıda keçiriləcək Dünya Çempionatında Paris 2024 Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq.
Emin Cəfərov bildirib ki, idmançılarımız bu ilin ilk 6 ayında bir sıra beynəlxlaq yarışlarda iştirak edərək ümumilikdə 7 medal qazana bilmişdir. Onlardan iki qızıl, iki gümüş və üç gümüş medal olmuşdur. Təkcə ilin ilk 6 ayında deyil ondan sonrakı aylarda da idmançılarımız V İslam Həmrəyliyi Oyunları və Avropa Çempionatı yarışlarında iştirak edərək iki qızıl və iki gümüş medallar əldə ediblər. İlin ilk yarısında respublika ərazisində fəaliyət göstərən atıçılıq mərkəzlərinin monitorinqini həyata keçirtmişik. Burada əsas məqsəd Azərbaycanın bir çox bölgələrində atıcılıq meydançalarının yaradılmasıdır Hazırda bu lahiyə üzərində işlər davam etdirilir. Bu lahiyəni həyata keçirməyimizdə əsas məqsəd növbəti aylarda bölgələrimizdə atıcılıq idman növünün kütləviliyini təmin etməkdir. Eyni vaxta federasiyada milli komandanın idmançıları tərəfindən istifadə edilən idman silah və sürsatının təhlili aparılmışdır, yığma komandanln üzvləri üçün ən müasir standartlara cavab verən yeni silahlar və sürsat sifariş edilmışdir. Bu müddət ərzində görülən bütün işlər yaxın gələcəkdə idmançılarımızın həm respublika, həm də beynəlxalq səviyyədə nəticələrinin yaxşılaşmasına səbəb olmalıdır.