Bələdiyyə binasına hücum edilib

6 Oktyabr 2022 15:20 (UTC+04:00)

Meksikada bələdiyyə binasına silahlı hücum nəticəsində 19 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlı hücum Meksikanın Gerrero ştatının Totolapan şəhərində baş verib. Hadisə yerinə çoxlu sayda polis və ilk yardım qrupları göndərilib.

Silahlı hücum nəticəsində 19 nəfər ölüb, 3 nəfər isə yaralanıb.