“Dom-2” realiti-şousunun iştirakçısı Anastasiya Köçervenin cəsədi tapılıb

6 Oktyabr 2022 14:26 (UTC+04:00)

“Dom-2” realiti-şousunun iştirakçısı Anastasiya Köçervenin cəsədi tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, meyit avqustun 13-də Krasnoselski rayonu ərazisində aşkar edilib. İlkin məlumatlara görə, cəsəddə zorakılıq izləri yoxdur.

Bu hadisəylə bağlı “Səhlənkarlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başladılıb.

Ayşən Vəli