"Son 1 ay ərzində sığınacağa 11 nəfər daxil olub" - QURUM RƏSMİSİ AÇIQLADI

6 Oktyabr 2022 13:49 (UTC+04:00)

"İlk olaraq qeyd edim ki, bizim müəssisəyə qadınlar gəlmir. Burada yanlız uşaqlardır. Azərbaycan Uşaqlar Birliyi Sığınacağına son 1 ay ərzində cinsi zorakılığa məruz qalmış 4 qız daxil olub". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, ümumilikdə isə son 1 ay ərzində sığınacağa 11 nəfər daxil olub: "Onlar müxtəlif kateqoriyada olan uşaqlardır".

Kəmalə Ağazadə sözlərinə belə davam edib: "Bu uşaqlardan biri seksual hərəkətlərə təhrik, digərləri isə cinsi zorakılıq, valideyn baxımsızlığı və diqqətdən kənar qalmış uşaqlardır. Onların tibbi hüququ, sosial-psixoloji problemlərinin həlli istiqamətində işlər görürük. Bu uşaqları xəstəxanaya yerləşdirir, müalicə üçün sanatoriyalara göndərir və reabilitasiya edirik. Həmçinin, sənədləri olmayanların sənədlərini təşkil edərək təhsil istiqamətində onlara kömək oluruq".

Ayşən Vəli