Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüb

6 Oktyabr 2022 13:03 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İndoneziyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

SİA xəbər verir ki, bunu M.Şəntop "Twitter" yazıb.

“Müzakirə zamanı parlementlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün hansı addımlar ata biləcəyimizi müzakirə etdik”, - o bildirib.

Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakarta şəhəridə "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci sammiti keçirilir.