Aİ Ukrayna ilə diplomatik həllə çalışacaq

6 Oktyabr 2022 12:44 (UTC+04:00)

Avropa İttifaqı və Ukrayna arasında danışıqlar başlanacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel şərtlərin imkan verdiyi təqdirdə Aİ-nin Ukrayna ilə bağlı diplomatik həllə hazır olduğunu bəyan edib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel açıqlamasında bildirib ki, Aİ Ukrayna hərbçilərinə təlim keçmək üçün missiyaya başlamağı planlaşdırır, lakin münaqişənin danışıqlar yolu ilə həllinə səy göstərməyə davam edəcək.
Brüsselin Kiyevə hərbi, maliyyə və siyasi dəstəyini artıracağını vurğulayan Borel oktyabrın 17-də keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün rəsmi missiyanın işə salınması ilə bağlı razılığın əldə olunacağına ümid etdiyini bildirib.