Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edildi

6 Oktyabr 2022 12:32 (UTC+04:00)

Daha bir Vətən Müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub. KOBİA-dan SİA-ya verilən məlumata görə, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Nəriman Zamanov KOBİA-nın Tovuz şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

O “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qeyd edək ki, bundan əvvəl də bir neçə Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.