Qanunsuz ət kəsimlərinə qarşı hansı tədbirlər görülür? - ARAŞDIRMA

6 Oktyabr 2022 12:17 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Cənab Prezident İlham Əliyev ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə sərəncam imzalamışdır.

Sərəncama əsasən, Qida Təhlükəsizliyi Agentliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görmək, yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində ölkə Prezidentinə təqdim etmək tapşırılıb.

Bütün kəsimxana əraziləri hasarlanmalıdır (ən azı 2 metr hündürlüyündə). Müəssisənin girişində və çıxışında (epizootik vəziyyətdən asılı olaraq) nəqliyyat vasitələrinin təkərlərini dezinfeksiya etmək üçün dezinfeksiyaedici məhlullarla dolu küvetlər (dezbaryerlər) olmalıdır. Kəsimxananın tavanları möhkəm, düz, tamlığı pozulmamış, yuyulması və təmizlənməsi asan olmalıdır, həmçinin kir, nəm, kif və korroziyaya dayanıqlı materiallardan hazırlanmalıdır. Təlimata görə, məntəqənin döşəmə və divarları da düz olmalı, asan təmizlənə, yuyula və dezinfeksiya edilə bilən materiallardan hazırlanmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməlidir: "Onun üzərində istehsal tarixi, yararlıq müddəti istehsal çekinin rekvizitləri və s. olunmalıdır. Lakin ət məhsulları satan yerlərə baxanda görərik ki, ən müasir marketlərdə belə satılan ət məhsulları bükülmür. Ölkədə yalnız bir firma vardır ki, ət istehsalı yerindəcə bükülür, markalayır və bütün rekvizitləri yazılır. Lakin çoxsaylı ət məhsulları istehsalçıları bunu etmir. Belə bir şəraitdə ətlərin buraxılma tarixi, yararlıq müddəti heç bir məlumatı olmadığı şəraitdə alıcılar gözləri ilə gördüyü malına üstünlük vermək istəyirlər. İllər boyudur ki, bu hal ölkədə davam edir. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhərinin küçələrində heyvan kəsimləri həyata keçirilir. Və təssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyi hələ də bunun öhdəsindən gələ bilmir və onlar vəd verir ki, heyvanları identifikasiya həyata keçirdikdən sonra bu işlərə son qoyulacaq".

İdentifikasiya nədir?

Heyvan dünyaya gələndə müəyyən bazada onun haqqında məlumat yerləşdirilir, onlara olunan bütün baytarlıq qulluqları hamısı orda əks olunur. Bir sözlə, hər bir heyvanın elektron pasportu olur. Heyvan kəsiləndə və yaxud murdar olub öləndə həmin pasportda öz əksini tapır. Bir çox ölkələrdə bu formada həyata keçirilir ki, bu da dükanlarda satılan heyvan ətinin hansı fermer təsərrüfatından gətirildiyi, ona hansı baytarlıqda qulluqla olunması, nə vaxt kəsilməsi və s. hamısı əks olunacaqdır. Lakin heyvanların detentifikasiyasının bir faizi də həyata keçirilməmişdir.

AQTA üç ildir yaranmasına baxmayaraq, bunun bir faizinə də nail olmayıb. Belə çıxır ki, heyvanların detentifikasiyasını həyata keçirmək üçün yüz ilə qədər hələ gözləməli olacayıq. Bu məsələ çox zəif inkşaf edir və AQTA bu işdə prinsipal addımları ata bilmir. Ona görə də əhalinin illər boyu baytarlara inamı olmadığından küçə kəsimlərə üstünlük verilir, bazar isə həmişəki kimi tələbə uyğun hərəkət edir. Burada yerli icra hakimiyyəti orqanlarının da böyük məsuliyyəti və günahı var ki, onlar öz ərazilərində bunun qarşısını almırlar. Bu cür ət kəsimləri Yasamal rayonunda, Xırdalan şəhərində və bir çox regionlarda daha çox vüsət alıb. Problem yaşayan əhali bilməlidir ki, bəzən onların gözü ilə görüb aldığı məhsul daha təhlükəli ola bilər. Ona görə də insanlar dükanlarda satılan ətlərə daha çox üstünlük verməlidirlər. Təssüflər olsun ki, AQTA nə qədər çalışsa da heyvanların kəsim yerlərini mükəmməl bir vəziyyətə gətirə bilmir.

Reyd keçirsək nəinki Bakıda, bütün Azərbaycan bölgələrində sanitar gigyena qaydalarını pozan satıcılıqla məşğul olan mənbələrə rast gələ bilərik. Bu elə də asan şəkildə qarşısı alınacaq bir şey deyil. Bu sözləri qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Qanunsuz ət kəsimi, satışı ilə məşğul olanlarla marifləndirmə işləri apararaq tədbir görülməlidir. Onlayn formada və ya blank formasında təqdim olunmalıdır və onlardan imtahan götürülməlidir. Riskli məhsulların satışı ilə bağlı olan işçilərlə dönərxana, qəssab yerləri, ət satışı ilə məşğul olan digər məntəqə işçiləri ilə maarifləndirici işlər aparılmalıdır və onlara aşılanmalıdır ki ət məhsulları hansı şəraitdə kəsilməlidir, hansı şəraitdə saxlanmalıdır, neçə saat müddətində satıb bitirilməlidir. Yalnız bu yolla biz bu kimi problemləri həll edə bilərik.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumata görə 3-4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, İsmayıllı, Bərdə, Xaçmaz, Sabirabad rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 10 məntəqədə kəsim qurğuları sökülüb, 11 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Bakı şəhəri üzrə.

1.Bağırov Tofiq Əhməd oğlu

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 178
Yenidən bərpa olunmuş qurğular sökülüb
2. Babayev Kənan Hacıağa oğlu

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib

3.Rzayev Elmar
Fazil oğlu
Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb

4.Vəliyev Mirzə
Qaytaran oğlu
Suraxanı rayonu,
Hövsan qəsəbəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb

5.Mürşüdov Fail
Camal oğlu
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi
İnzibati protokol tərtib edilib

6.Fətəliyev İbrət Əli oğlu
Suraxanı rayonu,
Hövsan qəsəbəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib

7.Əmirov Rəşad
Namiq oğlu
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi

8.Allahverdiyev Elman İmran oğlu
Suraxanı rayonu,
Hövsan qəsəbəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib

9.Qaziyev İsmət
Zəhmət oğlu
Suraxanı rayonu,
Hövsan qəsəbəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib

10.Turabov İlqar
Musa oğlu
Binəqədi rayonu,
A.Kunanbayev küçəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb

11.Zeynalov Saday
Zeynal oğlu bu
Binəqədi rayonu,
A.Hüseynov küçəsi
Yenidən bərpa olunmuş qurğular sökülüb

Abşeron rayonu üzrə

12.Dadaşov Əliağa
Babaş oğlu

Abşeron rayonu, Məhəmmədli kəndi, Ü.Hacıbəyov küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

13.Yusifov Elçin
Absət oğlu
Abşeron rayonu, Məhəmmədli kəndi, Ə.Əliyev küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

14.Hüseynli Qeyrət
Cəfər oğlu
Abşeron rayonu, Məhəmmədli kəndi, H.Əliyev küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

15.Alxanov Ağa
Yadulla oğlu
Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat-Kürdəxanı dairəsi

Qanunsuz metal konstruksiyalar sökülüb.

İsmayıllı rayonu üzrə

16. Məmmədov Şəmistan Rəşid oğlu
İsmayıllı rayonu,
İsmayıllı-Qəbələ yolu
Yenidən bərpa olunmuş qurğular sökülüb

17.Salmanov Şirvan
Aslan oğlu
İsmayıllı rayonu, Cülyan

Sadıqov Mehman Salman oğlu
Şamaxı şəhəri,
N.Nərimanov küçəsi
İnzibati protokol tərtib edilib

19.Teyyubov Səbuhi Mülkəsahib oğlu
Şamaxı şəhəri,
N.Nərimanov küçəsi
İnzibati protokol tərtib edilib
Bərdə rayonu üzrə

20.Alışanov Qorxmaz Rüstəm oğlu
Mingəçevir şəhəri,
Natavan küçəsi
İnzibati protokol tərtib edilib
Xaçmaz şəhəri üzrə

21.Ağasıyev İlqar
Ağası oğlu
Xaçmaz şəhəri,
B.Şəkinskaya küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

22.Əliyev Azad Teymurşah oğlu
Xaçmaz şəhəri,
İzmayılovka qəsəbəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

Sabirabad rayonu üzrə

23.Qasımov İsmayıl
Eyvaz oğlu
Sabirabad rayonu,
V.Əhmədov küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

24.Nuriyev Mürşüd Əlimusa oğlu
Sabirabad rayonu,
V.Əhmədov küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

25.Dədəkişiyev Qüdrət Ağaxan oğlu
Sabirabad rayonu,
İ.İsgəndərov küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb

26.Atakişiyev Əsgər İşlər oğlu
Sabirabad rayonu,
İ.İsgəndərov küçəsi
Qanunsuz metal konstruksiyalar sökülüb.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Havar Şəfiyeva