"Gəncə terroru hərbi cinayətdir" - MƏRKƏZ RƏHBƏRİ DANIŞDI

6 Oktyabr 2022 12:11 (UTC+04:00)

“Müharibə dövründə sülh şəhərlərini bombalamaq, birbaşa olaraq hərbiçi olmayan insanları hədəfə almaq hərbi cinayətdir”. Bu fikirləri SİA-ya açıqlamasında Aəzrbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də Gəncə terroru birbaşa olaraq hərbi cinayət sayılır: “Bunların hamısı Ermənistanın 44 günlük müharibə dövründə azərbaycanlıları qorxutmaq üçün həyata keçirdiyi əməliyyatlar idi. Onlar Gəncəni, Bərdəni və Naftalanı bombalamaqla elə bil Xocalı soyqırımının davamını təşkil istəyirdilər. Bu istiqamət üzrə cinayət işlərinə başlanılıb. Yaxşı olar ki, iki ildən sonra dövlət qurumlarımız bu cinayətlə bağlı axtarışa verdikləri şəxsləri elan edib, onların həbs olunaraq Azərbaycana gətirilməsini təmin edə bilərdi. Hələ ki, biz bunu görmürük. Erməni rəhbərləri ABŞ-a, Rusiyaya gedərək müxtəlif çıxışlar edirlər. Təbii ki, belə olduğu təqdirdə Azərbaycan da bu təzyiq mexanizmindən istifadə etməlidir”.