Ərdoğan Praqaya yola düşüb

6 Oktyabr 2022 12:09 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çexiyanın paytaxtı Praqaya səfəri başlayıb.

SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Zirvə görüşü çərçivəsində Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.