Ölkə ərazisində internetin zəifləməsinin səbəbləri BƏLLİ OLDU - QURUMDAN RƏSMİ AÇIQLAMA

6 Oktyabr 2022 11:55 (UTC+04:00)

Son zamanlar ölkə ərazisində internetin sürəti zəifləyib. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisində istifadə olunan mövcud texnologiyadan və seçilmiş tarif paketindən asılı olaraq sürət dəyişir: "İnternet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda heç bir problem müşahidə olunmur. Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Əgər hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud durumun araşdırılması istiqamətində dərhal işə başlayırlar.

Fərdi qaydada texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar dərhal nəzarətə götürülərək aradan qaldırılır.

Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".

Arzu Qurbanlı