Araz Əlizadə vəfat edib

6 Oktyabr 2022 11:51 (UTC+04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. SİA xəbər veri ki, bu barədə onun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən 70 yaşında dünyasını dəyişib.

Bildirilib ki, A.Əlizadə bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.