Fransa Azərbaycanın 17 erməni hərbçini təhvil verməsini alqışlayır

6 Oktyabr 2022 11:08 (UTC+04:00)

Fransa Azərbaycanın 17 erməni hərbçini təhvil verməsini alqışlayır.

SİA-nın məlumatına görə , bu barədə Fransa səfiri Zakari Qross "Twitter" hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanın 17 erməni hərbçini təhvil verməsi bu gün Praqada keçiriləcək mühüm görüşlər ərəfəsində etimadın qurulmasına töhfə verəcək.

Diplomat bildirib ki, bu, alqışlanacaq humanitar bir jestdir.