Cənab Prezidentin Cəbrayıla ilk səfər tarixi siyasi əhəmiyyətə malikdir

6 Oktyabr 2022 11:02 (UTC+04:00)

44 günlük Zəfər yürüşümüz işğala məruz qalmış torpaqlarımızın azad olunması və bununla birgə erməni faşizminin məhvi ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi bütün əməliyyatlara rəhbərlik etməsi, dövlətin bütün qurumlarının tam bir sistem kimi 44 günlük Vətən müharibəsinə səfərbər olması, xalq-ordu birliyinin vəhdət təşkil etməsi müharibəni qələbə ilə nəticələnməsində mühüm amil oldu. Cənab Prezident İlham Əliyevin müharibə dövründə televiziya və sosial şəbəkələr vasitəsi ilə xalqa müraciətləri, kütləvi informasiya vasitələrinə müsahibələri, beynəlxalq mediada yer tutan çıxışları cəbhədə olduğu kimi informasiya məkanında da Azərbaycanın zəfərini təmin etdi. Bundan əlavə Cənab Prezident İlham Əliyevin peşakar və qətiyyətli diplomatik fəaliyyəti Rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatları möhkəmləndirdi. Beləliklə, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan həm tarixi, həm də BMT TŞ-nın kağız üzərində qalan məlum dörd qətnaməsini özü icra edərək beynəlxalq ədaləti bərpa etdi.

Bütün bunlar isə öz məntiqi nəticəsini Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlət rəsmilərinin işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi səfərləri ilə tapır. Belə ki, artıq torpaqlarımız artıq iki ilə yaxındır ki düşmən tapdağından azad olub və bu illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud vəziyyət və aparılan bərpa-quruculuq işləri ilə tanış olmaq üçün Cənab Prezident İlham Əliyevin səfərləri mütəmadi xarakter daşıyır.

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra 2020-c ilin noyabr ayının 16-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfərləri. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin tarixi səfəri Milli Dirçəliş Günü ərəfəsində olması da mühüm əhəmiyyətə malikdir.

Səfər tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi. Bu mesajlar Azərbaycan heç zaman işğalla barışmadığını, bütün torpaqlarını azad etdiyini, öz tarixi torpaqlarına sahib çıxdığını, yenidən bu yerlərdə həyatın bərpa olunmasını özündə ehtiva edirdi.Cəbrayıl rayonu mərkəzində olarkən Cənab Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün şəhəri dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətinin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə törətdikləri vandalizmə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini, təzminatın tələbə olunacağını xüsusi vurğuladı.

Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi simvolik məna daşıyırdı. Bu ziyarət həm də özündə bir sıra mühüm mesajlar daşıyırdı. Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalacağını, mədəniyyət abidələrinə sahib çıxacağını və onları qoruyacağını ifadə edirdi. Məlum olduğu kimi, Xudafərin körpülərinin Azərbaycan tarixində, xalqımızın ürəyində özünə məxsus yeri və rolu var. Bu səfər eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Bu gün Azərbaycanda xalq iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub. Səfərə xüsusi rəng qatan məsələlərdən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezidentin çıxışını operativ öz sosial şəbəkələrdəki hesabları vasitəsilə yayması oldu. Bu Azərbaycan cəmiyyəti tərəfindən böyük maraq və sevin hissləri ilə qarşılandı.

Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin səmimi xarakterindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi də, müharibədə qalibiyyətimiz də məhz milli birliyin nəticəsidir. İşğaldan azad olunmuş bölgələrdə öz qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını coşqu ilə nümayiş etdirdi. Bu, həm də onu göstərir ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.

Bu gün ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi