“Nə oldu Paşinyan, bəs Cəbrayıla yol çəkirdin?!”

6 Oktyabr 2022 10:58 (UTC+04:00)

Azərbaycanın zəif dövrlərindən istifadə edən mənfur düşmən, o zaman işğal altında qalan rayonlarımızdan birini də Cəbrayılı salmışdır. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal olundu. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Bundan sonra Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdırlar. Cəbrayıl rayonundan olan məcburi köçkünlərin pozulmuş hüquqları və 27 il davam edən qaçqınçılıq həyatı qardaş və bacılarımıza ağır bir yük kimi qalmışdır. Lakin bu belə davam edə bilməzdi!

Bu vəziyyət sürmədi! Düzdür 30-ilə yaxın bir müddət olsada işğal dövrü, Azərbaycan tərəf bu müddət ərzində qarşı tərəfə sadəcə səbr göstərmişdir. Bu səbr nəhayətki 2020-ci ilin 27 sentyabrda öz həlli istiqamətini tapmış oldu. Biz hər zaman sülh istəmişik, mənfur düşmən isə öz vandallığından əl çəkmədiyi halda Azərbaycan hərb meydanında öz sözünü deməklə bu məsələyə birdəfəlik son qodu. Nəticəsi isə başda Cəbrayıl şəhəri olmaqla, Cocuq Mərcanlı, Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri Azərbaycan ordusunun nəzarəti altına keçdi. Düzdür əbədi və əzəli torpaqlarımızı geri qaytarsaq da, dünyada hər kəsə məlum olan erməni vandalizminə məruz qalmış rayonlarımızın maddi-mədəni abidələri məhv olunmuşdur. Bu etdikləri ermənilərin xislətidir!

Müharibə dövründən iki il müddət keçsə də, qısa zaman ərzində Cəbrayıl rayonuda olmaqla bütün işğaldan azad olunmuş rayonlarımızda bərpa quruculuq və yenidən qurma işləri sürətli şəkildə davam etdirilir. Biz inanırıq ki, yaxın gələcəkdə mənfur düşməndən azad olunmuş ərazilərimiz cənnətə çevrilərək öz sakinlərinə qucaq açaraq qarşılayacaqdır.

Bir zamanlar iflasa uğramış ermənistanın hərbi-siyasi rəhbərliyi başqa sözlər ifadə edirdi. Şuşada Cıdır düzündə rəqs edirdilər, statusdan danışır, Cəbrayıla yol çəkilişindən bəhs edirdi Paşinyan. Bəs nə oldu Paşinyan Cəbrayıla yol çəkirdin?! Cəbrayıla yolu yalnız Cənab Ali Baş Komandan İlham Əliyev çəkə bilər! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı