"Dünya bizə gülür..."

6 Oktyabr 2022 03:50 (UTC+04:00)

Prezident Cozef Bayden və onun administrasiyasının hərəkətlərinə görə bütün dünya ABŞ-a gülür.

SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumatına görə, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mayamidə tərəfdarlarının tədbirində çıxışına istinadən xəbər verir.

“...Dünya bizə gülür, istehza ilə baxır”-deyən Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bütün bu illər ərzində özlərinin uydurduğu və irəli sürdüyü “Amerika arzusunu” qoruyub saxlamalıdır. Belə olan halda dünya ictimaiyyəti ABŞ-ı “gülüş obyekti” hesab etməyəcək. Lakin prezident Cozef Bayden administrasiyası bu arzunu məhv edir və Amerika cəmiyyətini pis günə qoyur.

Tramp ABŞ-ın hazırkı administrasiyasının qərarlarını “qeyri-sağlam” hesab edir. O, qeyd edib ki, indi kişilər qadınların yarışmalarında “kişi orqanizmində olan şəxslər” kimi iştirak edə bilərlər, məktəblərdə müəllimlər transgender gündəmini öyrədirlər.

Siyasətçi vurğulayıb ki, gələcək nəsillərin azadlığı və rifahı naminə zəhmət çəkən ABŞ sakinlərinin əcdadları öz ölkələrinə bir daha səfər etmək şansı olsa, onu tanımayacaqlar.

“...Ölkəmizə baş verənlərə görə çox sevdiyimiz bu insanlardan üzr istəməliyik, onlar bunu tanımayacaqlar”-deyə Tramp bildirib.

Ağasəf Babayev