Fransa maraqlı qənaət tədbirləri görməyə davam edir

6 Oktyabr 2022 04:10 (UTC+04:00)

Fransa enerji böhranının öhdəsindən gəlmək üçün yeni tədbirlər və qənaət tədbirləri görməyə davam edir. SİA xəbər verir ki, Fransada elektrik enerjisinə qənaət etmək üçün 4 milyondan çox evin isti su çənləri üçün elektrik enerjisinin gündə 2 saat kəsilə biləcəyi bildirilib.

Yerli mətbuatda yer alan xəbərə görə, 4,3 milyon evin isti su çənlərinin elektrik enerjisi, məsul təşkilat "Enedis" tərəfindən saat 11.00-15.30-da kəsiləcək. Su çənlərinin elektrik enerjisi gündə maksimum 2 saat sıradan çıxarılacaq və ev təsərrüfatlarına əvvəlcədən məlumat veriləcək. Xəbərdə bununla enerjiyə qənaətin gözlənildiyi qeyd edilib.