"Biz hər addımda xalqın yanında olacağıq" - ABŞ Prezidenti

6 Oktyabr 2022 02:14 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden “İan” qasırğasının fəlakətə səbəb olduğu Floridada olub. SİA xəbər verir ki, Bayden həyat yoldaşı Cil Baydenlə birlikdə qasırğanın ən çox vurduğu Fort Mayerə baş çəkib. Qasırğanın vurduğu ziyanı havadan izləyən Bayden səlahiyyətlilərdən məlumat alıb. Buradakı çıxışında Bayden dualarının hər zaman qasırğa qurbanlarının yanında olduğunu ifadə edərək bunları deyib: "Bu gün bizim yalnız bir işimiz var, Florida xalqına bu qasırğadan sağ çıxa bilmələri üçün lazımi köməkliyi göstərmək".

Federal personalın qasırğa qurbanlarına hər cür yardımı çatdırmaq üçün əllərindən gələni etdiklərinə diqqət çəkən Bayden, hər addımda Florida xalqının yanında olacaqlarını bildirib. Bu yaxınlarda siyasi mübahisədə olduğu Florida qubernatoru Ron DeSantis ilə görüşən Bayden "DeSantis burada çox yaxşı iş gördü" dedi.