Uqandada ebola epidemiyasından 29 nəfər ölüb

6 Oktyabr 2022 00:18 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada Ebola epidemiyası səbəbindən 29 nəfərin öldüyünü açıqlayıb. SİA xəbər verir ki, ÜST-ün verdiyi açıqlamada Uqandada indiyədək Ebola epidemiyasında 29 nəfərin öldüyü, təsdiqlənmiş və ehtimal edilən 63 nəfərin olduğu bildirilib.

Sentyabrın 20-də Uqandada elan edilən Ebola epidemiyasında can itkisi artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, Uqandada baş verən Ebola epidemiyasına istinad edərək verdiyi açıqlamada, indiyədək 29 nəfərin öldüyünü, təsdiqlənmiş və ehtimal olunan 63 hadisənin olduğunu bildirib. Bu günə qədər 10 tibb işçisinin epidemiyaya yoluxduğunu bildirən Qebreyesus, yoluxmuş 4 tibb işçisinin həyatını itirdiyini, 4 tibb işçisinin isə sağaldığını və vəziyyətinin izlənildiyini bildirib. Uqandadakı epidemiya üçün ÜST-nin fövqəladə hallar fondundan 2 milyon dollar ayırdıqlarını bildirən Qebreyesus, əlavə ekspertlər, materiallar və resurslar göndərərək Uqanda Səhiyyə Nazirliyinə dəstək olmaq üçün tərəfdaşlarla çalışdıqlarını ifadə edib.