Avtobusun dərəyə aşması nəticəsində 31 nəfər ölüb

6 Oktyabr 2022 00:00 (UTC+04:00)

Hindistanda avtobusun qəzaya uğraması nəticəsində 31 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, toya gedən sərnişinləri daşıyan avtobus uçuruma düşüb. 19 sərnişinin xilas edildiyi bildirilir.

Hindistanın baş naziri Narendra Modi yaralılara lazımi yardımın göstəriləcəyini açıqlayıb.