Son bir həftədə koronavirusa yoluxma 6 faiz azalıb - ÜST

6 Oktyabr 2022 00:01 (UTC+04:00)

Sentyabrın 26-dan oktyabrın 2-dək olan həftə ərzində 2 milyon 900 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 8 min 300-dən çox insan dünyasını dəyişib. SİA xəbər verir ki, bu günə olan hesabata əsasən yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 6%, ölənlərin sayı isə 12% azalıb.

Ölüm nisbətinin əhəmiyyətli dərəcədə azaldığı bildirilib.