"WhatsApp" yeni qərarını açıqladı! Daha olmayacaq...

5 Oktyabr 2022 23:41 (UTC+04:00)

"WhatsApp" şəxsi məlumatların qorunması və tətbiqdə təhlükəsizliyin artırılması məqsədi daşıyan yeni qərarını açıqlayıb. SİA xəbər verir ki, müvafiq olaraq, bir dəfə açıla bilən foto və videoların skrinşotlarını çəkmək artıq mümkün olmayacaq. Mark Zukerberq keçən avqust ayında məxfiliyə yönəlmiş bəzi yeni xüsusiyyətləri açıqlayıb. Bu yeni "məxfiliyə yönəlmiş" xüsusiyyətlər milyonlarla insanın istifadə etdiyi ünsiyyət platforması "WhatsApp"a gəlməyə başlayıb. Yuxarıda qeyd olunan yeniləmə WhatsApp-ın Android versiyası üçün 2.22.22.3 versiyasının sınaq mərhələsindən keçib. Yenilənmiş versiya ilə siz artıq "Bir dəfə bax" kimi qeyd olunan foto və videoların skrinşotunu və ya videoyazısını çəkə bilməyəcəksiniz.

Skrinşot çəkilərsə, proqram "Təhlükəsizlik siyasətinə görə skrinşotları çəkmək mümkün deyil" xəbərdarlığını verəcək. "WhatsApp"la bağlı aktual məlumat və xəbərləri paylaşan "WABetaInfo" saytının məlumatına görə, üçüncü tərəf proqramları ilə skrinşot və ya video çəkilişlərin aparılmasının qarşısını almaq mümkün olmasa da, qeydə alınan görüntü və video çəkilişlərin tamamilə qara rəngdə olduğu bildirilib. Bununla belə, "WhatsApp Web"də üçüncü qeyd tətbiqi ilə bu funksiyanın qarşısını ala biləcəyi düşünülür. Bundan əlavə, skrinşot və ya video çəkilişi aparılsa belə qarşı tərəfə heç bir bildiriş göndərilmədiyi məlum bir vəziyyətdir. "WhatsApp Beta"ya köçürülən bu yeniləmənin nə vaxt qalıcı olacağı hələlik bəlli deyil.