Mahirin komandası "Zalsburq"a uduzdu

5 Oktyabr 2022 22:48 (UTC+04:00)

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zalsburq"la (Avstriya) qarşılaşıb. SİA xəbər verir ki, Avstriyada keçirilən matçda "Dinamo" minimal hesabla uduzub.

Mahir bu oyun üçün ehtiyat futbolçular arasında olub və meydana çıxmayıb.

Çempionlar Liqası

Qrup mərhələsi, 3-cü tur

E qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Okafor, 71 pen.

Xallar: "Zalsburq" - 5, "Milan" - 4, "Dinamo" - 3, "Çelsi" - 1