Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

5 Oktyabr 2022 23:07 (UTC+04:00)

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib. SİA-nın məlumatına görə, hər iki kollektiv III turda Rumıniyanın "Superbet" klubu ilə qarşılaşıb və uduzub. Bu, Azərbaycan təmsilçilərinin yarışda ilk məğlubiyyəti olub.

Kişilər

III tur

"Vüqar Həşimov" - "Superbet" (Rumıniya) - 2:4

Rauf Məmmədov - Vişvanatan Anand - 0,5:0,5

Kiril Şevçenko -Rixard Rapport - 1:0

Misrətdin İskəndərov - Boqdan Dayak - 0:1

Əhməd Əhmədzadə - Qukeş - 0:1

Ülvi Sadıxov - Qabriel Sarkisyan - 0,5:0,5

Xəzər Babazadə - Konstantin Lupulesku - 0:1

Qadınlar

"Superbet" (Rumıniya) - "Odlar Yurdu" - 2,5:1,5

İrina Bulmaqa - Günay Məmmədzadə - 0,5:0,5

Dinara Saduakkasova - Ülviyyə Fətəliyeva - 0,5:0,5

Yekaterina Atalik - Gülnar Məmmədova - 0,5:0,5

Marsel Efroimski - Xanım Balacayeva - 1:0