UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib. SİA-nın məlumatına görə, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zaltsburq"un qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Noa Okafror vurub.
Emrelinin adı matçın iştirak ərizəsinə salınsa da, 25 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.
F qrupunda isə Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Seltik"ni məğlub edib.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
5 oktyabr
E qrupu
20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
Qol: Noa Okafor, 71 (penalti)
23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)
Xal durumu: "Zaltsburq" - 5 (3 oyuna), "Milan" - 4, "Dinamo" - 3 (3 oyuna), "Çelsi" - 1
F qrupu
20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:1
Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 - Juan Filipe, 48
23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
Xal durumu: "Real Madrid" - 6, "Şaxtyor" - 4, "Leyptsiq" - 3 (3 oyuna), "Seltik" - 1 (3 oyuna)
Qeyd edək ki, günün digər 8 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.