Xabi Alonso Bundesliqa klubunun baş məşqçisi oldu

5 Oktyabr 2022 22:01 (UTC+04:00)

"Bayer" (Leverkuzen) baş məşqçisi Cerardo Seaone ilə yollarını ayırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundesliqa təmsilçisi bu vəzifəyə İspaniya millisinin sabiq üzvü Xabi Alonsonu təyin edib. 40 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Xabi Aonso son olaraq "Real Sosyedad"ın B komandasının baş məşqçisi olub. O, 2019-2022-ci illərdə bu komandanı çalışdırıb.

Xatırladaq ki, Cerardo Seaone 2021-ci ilin mayından "Bayer"i çalışdırırdı. Komanda bu mövsüm onun baş məşqçiliyi altında Bundesliqanın 8 turundan sonra 5 xal toplayıb və 17-cidir.