Putin bu il “General Frost”un sərt gəlməsini istəyir…

5 Oktyabr 2022 21:44 (UTC+04:00)

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Rusiya prezidenti Vladimir Putinin Ukraynada keçmişdə ruslara kömək etmiş “General Frost”un (…qeyd edim ki, “General Frost”un hərfi tərcüməsi “general şaxta” deməkdir-A.B.) gəlişini gözlədiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Strana.ua” portalı məlumat yayıb.

“Biz Ukraynaya olan dəstəyimizin azaldığını göstərməliyik. Bu müharibə sadəcə Qərb dünyası bundan bezdiyi üçün bitə bilməz. Putinin istədiyi budur. O hesab edir ki, demokratiya zəifdir. O, general Frostun (şaxtanın) gəlməsini gözləyir. Rusiya və əvvəlki müharibələrdə bu yolla qalib gəldi. O düşünür ki, soyuqlar, qaz təchizatının dayandırılması, yüksək enerji qiymətləri və aşağı temperatur bizim Ukraynanı dəstəkləmək istəyimizi sarsıdacaq”, - Bunu Avropa diplomatiyasının rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı İran hakimiyyətinin ölkədəki etirazlara reaksiyasına görə onlara qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Ağasəf Babayev