Velmanın LGBT fərdi olduğu açıqlandı

5 Oktyabr 2022 21:31 (UTC+04:00)

“Scooby-Doo!” filminin yeni yaradıcıları Velma adlı personajın LGBT icmasının nümayəndəsi olduğunu rəsmən elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Huffpost” məlumat yayıb. Nəşrin məlumatına görə, yeni cizgi filmində Velma qadın obrazı Koko Diablo adlı kostyum dizaynerini sevir

“Velmanın cinsi oriyentasiyası, demək olar ki, 1969-cu ildə debüt edən ilk “Scooby-Doo” seriyasından bəri fərziyyə mövzusudur”,- deyə bildirilib.