6 yaşayış məntəqəsi Rusiya ordusundan azad eilib

5 Oktyabr 2022 21:26 (UTC+04:00)

Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday Luqansk vilayətinin işğaldan azad edilməsinin başlanması ilə bağlı deyilənlərə aydınlıq gətirib və bəyan edib ki, ukraynalı müdafiəçilər artıq regionun 6 yaşayış məntəqəsini də Rusiya ordusundan azad ediblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Telegram-da danışıb.

Qayday Ukrayna Silahlı Qüvvələrinin hansı yaşayış məntəqələrinin təhlükəsizlik baxımından nəzarətə qaytarıldığını hələ dəqiqləşdirməyib, lakin qeyd edib ki, bəzi hərbçilərimiz artıq oradan fotolar yerləşdiriblər.

“...Baş Qərargahın rəsmi məlumatına qədər fasilə edəcəyəm. Yalnız onu deyə bilərəm ki, bu gün altı yaşayış məntəqəsi “azadlığa qovuşub” – deyə hərbi administrasiyasının rəhbəri bildirib.

Ağasəf Babayev